CinemaEventsMüsabiqələrTəqdimat

7th European Film Festival 2016

#EuropeanFilmFestival2016 #Competitions#BerlinFilmFestival

İnşa Müsabiqəsi

Qonaqlarımızı filmləri seyr etməyə və “Avropa Film Festivalı Avropa mədəniyyəti barədə mənim stereotiplərimi necə dəyişdi” mövzusunda inşa yazmağa dəvət edirik.

İnşa maksimum 350 sözdən ibarət olmalıdır.

İnşa 2016-cı ildə Azərbaycanda qeyd olunan Multikulturalizm İlinə uyğundur. Qalibə 2017-ci ilin fevral ayında Berlin Film Festivalına səyahət təklif ediləcəkdir. Uçuş bileti, yaşayış xərcləri və gündəlik xərclər, eləcə də Festivala biletlər Aİ Nümayəndəliyi tərəfindən ödəniləcəkdir. Inşa 30 noyabr 2016-cı ilədək “İnşa Müsabiqəsi” adı ilə DELEGATION-AZERBAIJAN@eeas.europa.eu elektron poçtuna göndərilməlidir. Hər namizəd yalnız bir inşa göndərə bilər. Aİ Nümayəndəliyi alınmış inşaları öz facebook səhifəsində yerləşdirmək hüququnu özündə saxlayır.

Jurnalistlər üçün “Ən yaxşı məqalə” müsabiqəsi

Avropa Film Festivalı barədə nəşr olunan ən yaxşı məqalə/TV reportaj seçilərək mükafatlandırılacaqdır. Qalib gələn məqalənin müəllifinə 2017-ci ilin fevral ayında Berlin Film Festivalına səyahət təklif ediləcəkdir. Uçuş bileti, yaşayış xərcləri və gündəlik xərclər, eləcə də Festivala biletlər Aİ Nümayəndəliyi tərəfindən ödəniləcəkdir. Məqalənin linkini, skan edilmiş surətini və ya reportajin videosunu 30 noyabr 2016-cı ilədək “Jurnalistlər üçün Müsabiqə” adı ilə DELEGATION-AZERBAIJAN@eeas.europa.eu elektron poçtuna göndərilməlidir. Aİ Nümayəndəliyi alınmış məqalələri öz facebook səhifəsində yerləşdirmək hüququnu özündə saxlayır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!