EventsFestivallarMusiqiMədəniyyətTəqdimat

Şamaxıda altı ölkənin məşhur pianoçularının iştirakı ilə möhtəşəm konsert keçirilib

Martın 10-da Şamaxıda altı ölkənin məşhur pianoçularının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

Oxu.az xəbər verir ki, Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə keçən konsertdə ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Azərbaycandan Murad Hüseynov, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada çıxış ediblər. Tanınmış pianoçular tamaşaçılara İ.S.Bax. F.Şopen, F.Şubert, F.List, S.Prokofyev və digər dünya klassiklərinin əsərlərini solo ifa ediblər.

Qeyd edək ki, martın 7-də Bakıda, Heydər Əliyev Mərkəzində “Heksameron. 6 royal” adlı konsert keçirilib. Konsertdə Azərbaycan və dünya ölkələri bəstəkarlarının əsərləri, o cümlədən nadir hallarda ifa olunan “Heksameron” əsəri altı pianoçunun birgə təqdimatında səslənib. Layihənin davamı olaraq Bakı konsertində çıxış etmiş məşhur pianoçuların regionlara turları təşkil olunub. Musiqiçilərin bundan əvvəl Gəncə və Şəki şəhərlərində konsertləri keçirilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!