A-QROUP 2019-cu ildə 25 xərçəng xəstəsinin müalicə xərclərini qarşılayıb

2019-cu ilin sonunda A-Qroup sığorta şirkəti onkoloji xəstəliklə əlaqədar 25 müraciət qeydə alıb. Şirkət xəstələrin həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda (Türkiyə, Almaniya, Rusiya, İsrail, Ukrayna, Belarusiya və İran) müalicəsi üçün 160.000 AZN-dən çox ödəniş edib.

Xəstəliyin erkən mərhələlərdə aşkar edilməsi və yüksək keyfiyyətli tibbi yardımın zamanında göstərilməsi bu diaqnoza qalib gəlmək şansını artırır. Qeyd edək ki, belə vəziyyətdə maliyyə məsələsinin tez bir zamandahəlli çox vacibdir. Məhz bu -maliyyə dəstəyi – A-Qroup Sığorta Şirkəti üçün prioritetdir.

Xatırladaq ki, A-Qroup sığorta şirkəti artıq 24 ildir ki, müştərilərinə qayğı ilə yanaşan və onlara beynəlxalq standartlara cavab verən bir xidmət göstərməyə davam edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: