Finans

ABA-nın Ekspert Qrupları mükafatlandırılıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası zamanı 2016-cı ildə aktiv fəaliyyəti ilə seçilən Ekspert Qrupları “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə təltif ediliblər.

Qiymətləndirməyə əsasən, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu I yerə layiq görülüb. Mükafatı qrupun sədri, “Ata Holding” MMC-nin Hüquq Departamentinin direktoru Qorxmaz Ağayev qəbul edib.

II yeri isə “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupu tutub. Mükafat qrupa sərdlik edən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Alternativ Xidmət Kanalları üzrə müdiri Məhəmməd Məmmədova təqdim edilib.

“Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupu isə bu sıralamada III yerdə qərarlaşıb. Qrupun sədri, “PAŞA Bank” ASC-nin Komplayns və daxili nəzarət Departamentinin direktoru Anar Kərimov Ekspert Qrupu adından mükafatı qəbul edib.

Qeyd edək ki, hazırda ABA-nın nəzdində 9 ekspert qrupu fəaliyyət göstərir. Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!