Frame LifeIqtisadiyyatSosialTəqdimat

“ABAD” Bakaleyası “Dəniz Mall”da

“ABAD” publik hüquqi şəxs ABADçıların istehsal etdiyi qida məhsullarını daha böyük sayda istahlakçılara təqdim etmək üçün qida stendlərini artırmaqda davam edir. Yeni “ABAD” Bakaleyası “Dəniz Mall”da yerləşən “Bravo” marketində fəaliyyətə başlayıb.
Beləliklə, yeni açılmış satış məntəqəsi ilə birgə artıq 7 “Bravo” marketdə “ABAD” Bakaleyası mövcuddur:“ABAD” Bakaleya “Bravo” Koroğlu;
“ABAD” Bakaleya “Bravo” Əhmədli;
“ABAD” Bakaleya “Bravo” 20 Yanvar;
“ABAD” Bakaleya “Bravo” Gənclik Mall;
“ABAD” Bakaleya “Bravo” Babək;
“ABAD” Bakaleya “Bravo” 28 Mall;
“ABAD” Bakaleya “Bravo” Deniz Mall.

Qeyd edək ki, bakaleyalarımızdan Azərbaycanın müxtəlif iqtisadi zonalarından olan kiçik ailə təsərrüfatlarında təbii şəraitdə ABADçılar tərəfindən hazırlanan məhsulları əldə etmək mümkündür.
Bundan başqa, xatırladaq ki, ABADçıların istehsal etdiyi məhsulları @abadfood Instagram səhifəsindən rahatlıqla ünvana sifariş edə bilərsiniz.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!