ABC Tədris və İnkişaf Mərkəzi fəaliyyətə başladı

Mart ayının 25 – də ABC Tədris və İnkişaf Mərkəzinin rəsmi açılışı baş tutdu. Tədbirin aparıcısı Şirməmməd Hüseynov açılış edərək sözü mərkəzin rəhbəri Leyla xanım Həsənovaya verdi. Leyla xanım gələn qonaqları salamladı, dəstəklərinə görə hər kəsə təşəkkürünü bildirdi. Mərkəzin fəaliyyəti haqqında geniş məlumat verdi.

Qeyd edək ki, mərkəzdə məktəbəqədər hazırlıq, mental riyaziyyat, şahmat, rəqslər, gimnastika, rəsm və.s xidmətlər təklif olunur. Həftə sonları burada müxtəlif masterklassların və conversationların keçirilməsi də nəzərdə tutulub. Bundan əlavə saatlıq dayə sistemindən istifadə edərək övladlarınızı rahatlıqla mərkəzə etibar edə bilərsiniz.

Tədbir mərkəzin tələbələrinin öz çıxışları ilə davam edib. 

Kukla teatrı nəzdində “Oyuq” Teatr studiyasının yetirmələri, Elsevər rəqs qrupu və Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi də öz çıxışları ilə yeni fəaliyyətə başlayan ABC Tədris və İnkişaf Mərkəzinə dəstək olublar.

Əlaqə : (+994 55) 205 56 56

             (+994 12) 464 57 88

Ülviyyə Ədalətqızı

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: