EventsPR-TanıtımTəhsilTəqdimat

ABC Tədris və İnkişaf Mərkəzi 1 yaşını qeyd etdi

Azərbaycanda uğurlu fəaliyyət göstərən özəl tədris mərkəzlərindən olan “ABC Tədris və İnkişaf Mərkəzi”nin yaranmasının mart ayının 25-də bir ili tamam oldu.

Bununla bağlı “New Baku Hotel”də tədbir təşkil edildi. Dövlət himinin səsləndirilməsi ilə başlanan tədbirin açılışında ilk olaraq tədris mərkəzinin bir illik fəaliyyəti haqqında videoçarx göstərildi.

Daha sonra “ABC Tədris və İnkişaf mərkəzi”nin rəhbəri Leyla Həsənova çıxış edərək bir il ərzində görülən işlərdən, mərkəzin həyata keçirdiyi layihələrdən, təşkil edilən tədbirlər və uğurlardan söz açdı. O qeyd etdi ki, 30-40 arası uşaq və məktəblilərə xidmət göstərməklə fəaliyyətə başlayan “ABC Tədris və İnkişaf mərkəzi” hazırda 151 nəfərə xidmət göstərir.

Mərkəzin göstərdiyi xidmətlər haqqında da söz açan natiq müxtəlif dil kursları, məktəbəqədər hazırlıqdan tutmuş ondan çox digər xidmətlərlə valideyn və uşaqlar üçün qapılarının daim açıq olduğunu vurğuladı: “Bizim mərkəz bir il ərzində kifayət qədər aktiv fəaliyyət göstərdi, valideynlərin inam və etibarını qazanmağı bacardıq. Tədris mərkəzlərinin xeyli çoxaldığı bir dönəmdə sağlam rəqabətlə irəli doğru addımlamağımızdan və demək olar ki, qüsursuz fəaliyyətimizdən qürur duyuram, müəllim heyətimizə, ümumilikdə kollektivimizə təşəkkürümü bildirirəm ki, qısa zamanda birgə bu çətin işin öhdəsindən gələ bildik!”.

Daha sonra mərkəzin fəaliyyətinə verdiyi dəstəyə və uğurlu əməkdaşlığa görə bir sıra mətbu orqanlarının əməkdaşları, ziyalılar və ayrı-ayrı təşkilatların nümayəndələri mükafatlandırıldılar. Tədbirdə həmçinin mərkəzin uşaqlar arasında keçirdiyi rəsm müsabiqəsinin nəticələri ilə bağlı mükafatlandırma mərasimi oldu. Sonda tədbir bədii hissə ilə davam etdirildi.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!