Əsl müəllim bir günəşdir-Leyla Həsənova

ABC Tədris və İnkişaf Mərkəzində 5 Oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib.

Tədbirdə mərkəzin müəllim kollektivi, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi və media nümayəndələri iştirak edib.

Mərkəzin direktoru Leyla Həsənova , “Müəllim kimdir ?” sualını cavablandıraraq tədbiri açıq elan edib.
Müəllim kimdir ?
-Ana kimi şəfqətli, ata kimi güvənli, üstün əxlaqlı, dərin düşüncəli, həssas qəlbli, həlim davranışlı bir insandır.
– Elmin sirr ünvanını düzgün bilən
– Həqiqətin içərisinə varan, orada ucalan, orda yüksələn.
– Bilgisi düz, sözü düz, mərifəti düz olandır.
– Elmin qapısını düz tanıyıb, oradan elmin şəhərinə – xəzinələr sarayına varandır.
– Sinəsi xəzinə, baxış pəncərəsi qəlbin gözü, seyr etdiyi məkan yüksəkliklər, dayağı fərasət olandır.
– Yerdən aləmlərə varandır.
– Mərifətə götürən nur, qanad, inam taxtında əyləşdirən böyüklükdür.
– Sevgini yaşayan – sevgini öyrədən sevdalıdır.
– Ən şərəfli peşə.

Müəllim – adi söz olmayıb, müqəddəs peşədir. Əsl müəllim bir günəşdir. Ürəyinin istisini beyninin odunu heç kəsdən əsirgəməyən bir günəş. Müəllim sənəti bütün sənətlərdən daha üstündür. O, bizə hərf öyrədir, danışmaq öyrədir, söz öyrədir. Gözlərdə ifadə olunan hissləri duyan, sədanı ― “eşidən”müəllim ömrünə alqış. Bu ömür sinif otaqlarında dərs dedikcə heçə dönmür daima təzələnir. Canlı ulduz olub daima müxtəlif bölgələrimizdə parlayaraq, yerindən asılı olmayaraq hər bir şagirdə eyni yanaşırlar.

Saflığa bələnib hər müdrik sözü.
Bizə ömür boyu dayaq olubdur.
İşıqlı zəkası, ağıllı sözü
Ömür yolumuza mayaq olubdur.

Anamı, Vətəni sevin – deyibdir,
Odur boynumuza böyük haqq qoyub,
Bizə ana yurdu o sevdiribdir.
Biz ona borcluyuq bir ömür boyu.
Bir daha müəllimlərimizi təbrik edirik.

Bu çıxışdan sonra mərkəzin müəllimləri hədiyyələrini almaq üçün səhnəyə dəvət olunublar.

Daha sonra Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi Kənan Kərimov müəllimləri təbrik edərək, daha böyük uğurlar arzulayıb.

Tədbirin davamı bu sahədə öz sözünü demiş müəllimlərə həvalə edilib.

Zülfiyyə Vəliyeva , İradə Əlili , Sədaqət Musayeva , Allahverdi Məmmədov , Dilşad Musa, Aytən Əsgərova öz təbrik və məsləhətlərini qonaqlarla bölüşüblər.

Rəsmi hissədən sonra qonaqlar çay süfrəsinə dəvət olunub və bu gün üçün hazırlanmış tortu birlikdə kəsiblər.

Təhsilli Gələcəyə ABC Tədris və İnkişaf mərkəzi ilə birlikdə Addımlayın!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: