Azərbaycan aşpazları Abu Dabidən gümüş və bürünc gətirdilər

Bu il 9-11 dekabr tarixlərində BƏƏ-nin paytaxtında Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (WACS) təşkil etdiyi Kontinental Kulinariya Çempionatı keçirildi.

Azərbaycan bu çempionatda ilk dəfə Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə gənc ictimai təşkilat – “Azərbaycanın Kulinariya Mütəxəssisləri Assosiasiyası”nın üzvlərindən ibarət geniş nümayəndə heyəti ilə təmsil olundu. Belə mürəkkəb çempionatda ilk dəfə çıxış edən Azərbaycan komandası müxtəlif siniflərdə 5 bürünc və 1 gümüş medal qazana bildi. Azərbaycanı Orxan Muxtarov, Araz Əhmədov, Vüsal Talıbzadə, Sadiq Kazımov və Əbülfəz Həbibovdan ibarət komanda təmsil etdi. Ayrıca qeyd etmək lazımdır ki, Orxan Muxtarov çempionatda Azərbaycanı təmsil edən rəsmi hakim kimi çıxış edirdi.

Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası, milli qastronomiyanın inkişafı üzərində fəal çalışan aşpazların təşəbbüs qrupundan böyüyən gənc ictimai təşkilatdır. Qısa bir müddət ərzində təşəbbüs qrupu və sonradan ictimai bir təşkilat olaraq Azərbaycan Aşpazları Konqresi və Birinci Azərbaycan Çempionatı – Chefs Cup kimi tədbirlər keçirdi. Son bir il ərzində qurumun nümayəndələri Azərbaycan mətbəxinin İtaliya, Fransa, Almaniya, Rusiya, Makedoniya, Monteneqro və s. ölkələrdə təbliği ilə bağlı müxtəlif tədbirlərdə iştirak etmişlər.

Qeyd etmək istərdik ki, 15 yanvar 2020-ci ildə Bakıda Kulinariya Konqresi, may ayında isə ilk “Qızıl Şah” milli mətbəx çempionatı keçiriləcəkdir. Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının işi haqqında daha ətraflı məlumatı qurumun rəsmi veb saytında www.chefs.az əldə edə bilərsiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: