“Acer” Beynəlxalq İnformatika Olimpiadasında (IOI) rəsmi sponsordur

Olimpiadada iştirakçılara istifadəyə verilən kompüterlər gənc alimlərin informatika üzrə proqramlarını dəstəkləmək məqsədilə tədbirdən sonra ADA və Təhsil Nazirliyinə təqdim olunacaqlar.

4-11 avqust tarixlərində Bakıda baş tutan IOI 2019-un rəsmi sponsoru olan “Acer” tədbir iştirakçıları və əməkdaşlar üçün yeganə kompüter təminatçısı, həmçinin server və tədbirin idarəetmə sistemlərinin idarəçisi qismindəçıxış edir.

Cəmiyyətin inkişafına töhfə vermək “Acer”in “İnsanlar və texnologiyalar arasında baryerləri aşmaq” uzunmüddətli missiyasının əsasıdır. Beynəlxalq İnformatika Olimpiadalarında 2021-ci ilə qədər rəsmi sponsor kimi çıxış edərək, yarışları İT avadanlıqlar və texniki dəstəklə təmin etmək şirkətin təhsil sahəsini texnologiyalar vasitəsilə inkişaf etdirmək niyyətindən irəli gəlir.

“IOI-a sponsorluq etmək istedadlı gənclərə uğur qazanmaları üçün “Acer”in göstərdiyi səylərdən biridir. Gələcəyin liderləri olacaq gənc istedadlara kömək edən bu əhəmiyyətli təşəbbüsün bir hissəsi olmaqdan qürur duyuruq” deyə şirkətin Qafqaz, Mərkəzi Asiya, Rusiya və Türkiyə üzrə vitse-prezidenti Qriqoriy Nizovskiy bildirib.

“Müsabiqə üçün iştirakçılara asanlıqla işləmələrini və alqoritmləri ən səmərəli şəkildə həll etmələrini təmin edəcək xüsusi rəqəmli klaviaturalı “Acer Aspire 3” noutbuklarını seçdik.” deyə cənab Nizovskiy əlavə edib.

IOI 2019 müsabiqəsi başa çatdıqdan sonra “Acer” şirkəti 450 ədəd “Aspire” noutbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcək.ADA Universiteti onlardan İT və Mühəndislik Məktəbində iki yeni laboratoriyanı təchiz etmək üçün istifadə edəcək, TəhsilNazirliyi isə Azərbaycan məktəblərində informatika fənnini tədris etmək üçün “Rəqəmsal Bacarıqlar” pilot layihəsini dəstəkləyəcək.

“Acer” və IOI informatika və İT sahəsində maraqları təşviq etmək, bu üzrə istedadlı gəncləri ruhlandırmaq, onları bir araya gətirmək və tanıtmağın tərəfdarıdır. IOI 2019 müsabiqəsi Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirin bağlanış mərasimi isə Heydər Əliyev mərkəzində baş tutacaq.

IOI beş beynəlxalq elm olimpiadalarından biri və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Hər bir iştirakçı ölkə yarışda 4 nəfərlik komanda üzvü, həmçinin bir komanda lideri və onun müavini ilə təmsil olunur. Müsabiqə iki gün davam edir. Bu müddət ərzində iştirakçılar alqoritmik problemlərin həllində fərdi şəkildə yarışırlar. Hər gün tələbələrə beş saat ərzində həll etməli olduqları üç tapşırıq verilir.

 

“Acer” haqqında:

1976-cı ildə qurulan “Acer” hazırda 160-dan çox ölkədə təmsil olunan informasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biridir. “Acer”in fəaliyyəti texnologiya, proqram təminatı və xidmətlərin bir-biri ilə birləşəcəyi, istehlakçılar və  biznes  üçün yeni imkanlar açacaq mühitin formalaşdırılmasına hədəflənib. Xidmət yönümlü texnologiyalardan və əşyaların internetindən başlamış, oyunlara və virtual reallığa qədər 7000 işçisi olan “Acer” insanlar və texnologiya arasındakı maneələri aşan məhsul və həllərin araşdırılması, dizaynı, marketinqi, satışı və dəstəyi ilə məşğul olur. Daha çox məlumat üçün www.acer.com saytına daxil olun.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: