Mobil dünyaPR-TanıtımTəqdimat

“Acer” yeni noutbuk modellərini təqdim etdi

Dünyada kompüter avadanlığı və elektronika istehsalçısı kimi tanınan“Acer” Nyu-Yorkda geymerlərin, yaradıcı insanların, səyyahların və bütün kompüter istifadəçilərinin innovasiya həllərini təcəssüm etdirən laptopların yeni modellərini təqdim etdi. Yeniliklər arasında inqilabi məhsul – ConceptD noutbuku da yer alıb.

ConceptD- noutbuk, kompüter və monitorların yeni premium markasıdır. Yeni modelin əsas fərqləri – rəngötürücüsünün yüksək dəqiqliyi (Delta E), yüksək yaddaş həcmi və səssiz emal (minimum dBA) funksiyalarıdır. Bu funksiyalar vizual tərkibin və konsentrasiyanın xüsusi önəm daşıdığı yaradıcı peşə sahibləri – dizayner, rejissor, memar və mühəndislər üçün özəl olaraq təkmilləşdirilib. Şirkət bazara hələ ki, ancaq üç ConceptD modelini təqdim edir: ConceptD5, ConceptD7 və ConceptD9.

“Komandamız istehlakçılara başqa nə təklif edə biləcəyimiz barədə düşünürdü. Məlum oldu ki, bir çox insanlar geymerlərdə olduğu kimi güclü kompüter arzulayır. Amma onlar bu kompüteri oyun oynamaq üçün deyil, iş məqdəsilə istifadə etmək istəyir. Beləliklə, oyun noutbuklarını inkişaf etdirmək və onların texniki xüsusiyyətlərini video və şəkillərlə  işləmək üçün təkmilləşdirmək qərarı qəbul olundu”, -deyə “Acer”ın icraçı direktoru Ceyson Çen qeyd edib.

ConceptD 9 – 3D formatında şəkil çəkmək və işləmək üçün nəzərdə tutulmuş yeni xəttin flaqmanıdır. Model 17,3 düym 4K ekranla təhciz olunmuş,  transformasiya imkanına malik (Acer Predator Triton 900 oyun kompüterinə quraşdırılmış funksiyasının eynisi), eləcə də Wacomdəstəyi ilə təchiz olunub. ConceptD 7 noutbuku ölçücə nisbətən kiçikdir – 15,6 düym və 4K panel. Noutbuk 9-cu nəsil Core i7 və ya qrafik RTX 2080 Max-Q, və ya RTX 2060 prosessoru ilə işləyir, ancaq buna baxmayaraq yaddaş imkanları ConceptD 9 ilə eyni səviyyədədir.

ConceptD məhsulları seriyasında noutbuklardan əlavə həm də yüksəkistehsallı masaüstü ConceptD 900 və 500 kompüterləri təqdim olunub. Bu kompüterlər NVİDA və Quadro RTX ™ 6000 videokartları ilə təhciz olunub, bu da effektlərin vizuallaşması, mürəkkəb 3D modullaşma, simulyasiya və Aİ imkanları yaradır. Yeni NVIDIA Creator Ready drayverləri Autodesk® Arnold, Unreal Engine və REDCINE-X PRO® kimi studiya proqramlarını dəstəkləyir,  videoredaktor istehsalçılarının, qrafik dizaynerlərin, animatorların, 3D rəssamlarının  iş prosesini sürətləndirir.

Yeni modellərin təqdimatı zamanı çıxış edən “İntel”in vitse-prezidenti, müştəri hesablamaları qrupunun baş direktoru Kris Uolker bildirib ki,  “ConceptD” bütün səviyyələrdə kontentin yaradılması üçün ən yüksək tələblərə cavab verən personal kompüterin yaradılması üçün lazım olan dizayn, funksiya və periferik qurğuların birləşməsinin parlaq nümunəsidir.

“Acer” ConceptD yeni brendi ilə yanaşı, həm də yeni oyun və istifadəçi noutbuklarını təqdim etdi. Oyun modellərinin arasında xüsusilə yeni Predator Helios 700-ü qeyd etmək olar. Bu model unikal, sakit işləmək və qızmanın qarşısını almaq üçün hava axını sistemini artıran sürüşkən klaviatura ilə təhciz olunub.  Model bütün yeni 9-cu nəsil Intel® Core ™ i9 prosessorları, NVIDIA GeForce RTX ™ 2080 qrafik prosessoru və DDR4, 64 GB yaddaş ilə təhciz olunub.

Ənənəvi noutbuklar arasında “Acer Chromebook”un yeni  premium sinfinə aid “Acer Chromebook 715”və“Acer Chromebook 714”uqeydetməkolar. Bu noutbuklar istifadəçilərin “bulud”da işinin təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün nəzərdə tutulub. Hər iki noutbuk barmaq izi tanıma funksiyasına və “Citrix Ready”sertifikatına malikdir.

“Acer” həmçinin “Aspire” və “Acer TravelMate” noutbuklarının yeni modellərini təqdim etdi.Yeni “Aspire7” metal örtüklə layihələşdirilməklə yanaşı, həm də yüksək istehsal gücünə malikdir. Intel ® Core ™ i7 8-ci nəsil prosessoru,  son NVIDIA GeForce® GTX qrafiki və 16 GB qədər daxili DDR4yaddaşı ilə təhciz edilmiş Aspire 7 əhəmiyyətli hesablama resursları tələb edən gücə malikdir.

Yeni TravelMate P6 noutbuku tez-tez səyahət edənlər üçün idealdır. 20 saata qədər avtonom işləyə bilən model cəmi 16,6 mm nazikliyində və 1.1kq ağırlığındadır.TravelMate P6 bir  çox təhlükəsizlik və idarəetmə xüsusiyyətlərinə malikdir, bu da korporativ istifadə üçün idealdır.

Bu il ərzində şirkətin bir sıra yeni modelləri artıq satışa çıxarılacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!