QalereyaŞəkillərSərgiTəqdimat

“Açıq səma altında plener-18” keçirilib

“Art Villa” qalereyasında “Açıq səma altında plener-18” keçirilib. Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener bu dəfə “Azərbaycanım” adı altında gerçəkləşib.

Bu sözləri Frame.az-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov deyib.

“Sərgi çərçivəsində çoxsaylı rəssamın iştirakı ilə müxtəlif janrlı rəsm əsərləri açıq səma altında təbii şəraitdə işlənilib. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak ediblər. Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır”, – deyə D.Məmmədov bildirib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!