Frame Life

“ACT Azərbaycan” jurnalistləri bir araya topladı – foto

“ACT Azərbaycan” şirkəti 22 iyul Milli mətbuat günü münasibətilə yerli media nümayəndələrini bir araya topladı. Əyləncə mərkəzlərinin birində baş tutan “Media Party”yə  aparıcı media orqanlarının nümayəndələri qatıldı.

Frame.az xəbər verir ki, yığıncağın məqsədi həm media nümayəndələri ilə birlikdə milli jurnalistika gününü qeyd etmək, həmçinin jurnalistləri iş prosesi zamanı müraciət etdikləri peşəkar araşdırma və sorğular haqqında məlumatlandırmaq idi. Tədbirə maraq qatan isə “ACT Azərbaycan”ın növbəti “Newsletter” sosial sorğusunun mövzularının jurnalistlər tərəfindən təyin olunması oldu. Jurnalistlər onları maraqlandıran mövzularda sualları müzakirə edərək öz təkliflərini verdilər. Araşdırma şirkəti təklifləri nəzərə alaraq 2 ay sonra jurnalistlərin sualları əsasında peşəkar sorğu keçirib nəticələri media ilə paylaşacaq.

“Party” zamanı iştirakçıları arasında boulinq yarışı da keçirildi. Həmkarlarını yarış meydanında üstələyərək qalib olan “Ədalət”qəzetinin əməkdaşı Sübhan Mahmudov “ACT Azərbaycan” tərəfindən mükafatlandırıldı.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!