CinemaEventsTəqdimat

“Addım Actors Academy”

Gənc AKTYORlar üçün əla ŞANS !!!

Addım Gənclər Təşkilatı və Actors Agency “Addım Actors Academy” adlı yeni bir layihə həyata keçirir. Layihə “Vahid məkan” layihəsinin ilkin mərhələsidir.

“Addım Actors Academy” layihəsi çərçivəsində aktyor sənəti üzrə təhsil alan, fəaliyyət göstərən vəya gələcəkdə fəaliyyət göstərmək niyyətində olan gənc aktyorlar üçün ustad dərsləri təşkil olunacaq. Layihədə iştirak ödənişsizdir və iştirakçılar müsabiqə yolu ilə seçiləcək.

Dərslər zamanı yerli və xarici peşəkarlar gənclərə aktyor sənətinin sirləri,müasir teatr cərəyanları və aktyor oyunu barədə məlumat verəcək. Layihənin yekunu olaraq təlim keçən gənclərin iştirakı ilə sosial mövzuda teatr tamaşası hazırlanacaq və geniş kütləyə təqdim olunacaq. Dərslər hər həftənin bazar günü səhər saatlarında dekabr ayının sonuna qədər aparılacaqdır.

Sonda iştirakçılar sertifikatlarla təltif oluunacaq və onların agent və kast menecerlərlə görüşü təşkil olunacaqdır. Qeydiyyat üçün səhifənin inbox bölümünə ad soyadınız və e mailinizi göndərin. Sonra Online qeydiyyat blankını doldurmaqla qeydiyyatdan keçin

Bu layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!