“ADDIM” gənclər üçün ödənişsiz teatr tamaşaları təşkil edəcək

“ADDIM” Gənclər Təşkilatı yeni mövsümdə üzvləri üçün mədəni istirahət imkanlarını artırır. Belə ki təşkilat ötən il gənclər və ictimaiyyət arasında böyük maraqla qarşılanan “KinoyaADDIMla” layihəsi ilə yanaşı, indi “TeatraADDIMla” devizi adı altında teatr tamaşalarına da gənclər üçün xüsusi nümayişlər təşkil edəcək. Digər alternativ layihədəki kimi, gənclər tamaşaları ödənişsiz olaraq,  məhşur simalarla birgə izləyəcəklər. Gənclərin ilk teatr səfəri 16 sentyabr saat 18:00 da Səməd Vurğun adına dövlət Rus Dram teatrında baş tutacaq. Təşkilat üzvləri ilk olaraq rejissor Aleksandr Şarovskinin, baş rollarını xalq artisti Səfa Mirzəhəsənov və əməkdar artist Nataliya Şarovskaya oynadığı “Afina Gecələri” tamaşasını izləyəcəklər. Qeyd edəki Rus Dram Teatrının 96-cı teatral mövsümünün açılışı günü nümayiş olacaq əsər yazıçı Pyotr Gladilinin pyesi əsasında hazırlanıb. Layihə də isə ilk ulduz qonaq qismində əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova iştirak edəcək.
Qeyd edək ki, artıq 2 ildən çox gerçəkləşdirilən layihə gənclər arasında incəsənət və mədəniyyət ocaqlarına getmə ənənəsini təbliğ etmək məqsədilə gerçəkləşdirilir.

Frame.az14184291_646119795547327_3543917921847717853_n (1)

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: