Adil Bağırova həsr olunmuş gecə keçiriləcək

Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan xalq artisti, şöhrət ordenli, prezident təqaüdçüsü, Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illik yubileyinə və 60 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə keçiriləcək.

Gecənin aparıcısı Azad Şükürov olacaq. Konsertdə əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Cabir Abdullayev, Təyyar Bayramov və müğənnilər Kamilə Nəbiyeva, Aytən Məhərrəmova, Günay İmamverdiyeva, Abgül Mirzəliyev, Sərxan Bünyadzadə və Elnur Zeynalovun çıxışları gözlənilir. Gecə boyu müğənniləri “Xatirə” ansamblı müşayiət edəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: