ADNSU-nun tələbələri Tərtərdə məktəblilərlə görüşüb-fotolar

“Gənc Tağıyevçilər Cəmiyyəti” adı altında toplaşan ADNSU-nun tələbəsi olan Fərid İsmayılov və Amil Behbudov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tərtər rayonunda məktəblilərlə görüşüb.

Tələbələr Tərtərdə eyni gündə 2 layihə həyata keçirib.

“QİÇS-ə yox!” və “Kitab ən böyük silahdır!” layihəsinin əsas məqsədi cəbhə bölgəsində yaşayan uşaq və gənclərin maariflənməsinə dəstək olmaqdır.

Tələbələr Bakı şəhərindən topladıqları bədii ədəbiyyatları uşaqlara hədiyyə ediblər. Ümumilikdə 200-ə yaxın uşaq və gənclə görüş keçirilib.

Gənclərin əsas məqsədi hər bir regionda sağlam və uğurlu gələcəyin təməlini qurmaqdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: