ADO Gürcüstana qastrola gedir

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Gürcüstana qastrol səfəri edəcək. Teatr iyunun 30-u Tbilisi şəhərində “Backstage” məkanında çıxış edəcək.

ADO teatrı səfər zamanı “Göydən 3 banan düşdü” adlı tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru və müəllifi ADO`nun qurucusu Elmin Bədəlovdur. Rəssamı Leyla Quliyevadır. Rolları isə aktyorlar Elgün Həmidov, İskra Tarrant, Sabir Vol Məmmədov və Kamran Muradlı canlandıracaq.

Tamaşada Azərbaycan nağıllarının motivlərindən istifadə olunsa da nümayiş böyüklər üçün hazırlanıb. Eyni zamanda tamaşada milli musiqilərin təhrif olunmuş versiyasından da istifadə olunub.

ADO Theatre – Collective klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır. Kollektiv bir neçə dəfə Gürcüstana səfər edib. Eyni zamanda Fransa, İran, Tbilisi, Ukraina, Belarusiya, Türkiyə, İtaliyaya və ölkədaxili regionalara səfərlər edib.

Biletlərin qiyməti: 10 Lari

www.ado.az

www.facebook.com/adotheatre

www.instagram.com/adotheatre

Tarix: 30 iyun, 2018

Saat: 21:00

Ünvan: Backstage76 (Abashidze küç)

Tel: +995 593 76 72 59

Eventə keçid: https://www.facebook.com/events/224028541530347/

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: