EventsFestivallarMədəniyyətSəyahətTeatr

ADO İtaliyada festivalda çıxış edəcək

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) İtaliyanın Venesiya şəhərində keçirilən müasir incəsənət festivlına qatılacaq. Teatr festivalın açılışında öz performansı ilə çıxış edəcək.

Venesiyada keçirilən “Its Liquid International Art Show” adlı festivala Almaniya, İspaniya, Mozambik, Ukrayna, Amerika, Danimarka, Partuqaliya, Braziliya, Hollandiya və başqa ölkələrdən incəsənət nümayəndələri qatılacaq. Azərbaycandan isə ADO Theatre – Collective “Qadın Səsi” performansı ilə adıçəkilən festivalın açılışında iştirak edəcək. Festival öz saytında qeyd edir ki, Azərbaycandan festivala qatılan gənclərdən ibarət ADO teatrı öz çıxışı zamanı italiyalı aktyorlardan da istifadə edəcək: “Festival tarixində ilk dəfə Azərbaycan da iştirak edəcək. Bu azərbaycanlı və italiyalı artistlərin birgə çıxışı olacaq”.

Festival martın 1-dən 30-na kimi davam edəcək. ADO-nun çıxışı isə martın 1-də “Palazzo Ca’ Zanardi” zalında baş tutacaq.

Qeyd edək ki, ADO ölkəmizin yeganə modern teatrıdır ki, 5 ildir fəaliyyət göstərir. Teatr Bakı ilə yanaşı Azərbaycanın bir neçə regionuna qastrol səfəri edib, tamaşalar nümayiş etdirib. Eyni zamanda bir neçə beynəlxalq səfərlərdə, art festivallarda, qastrollarda (Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna) olub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!