EventsTeatrTəqdimat

ADO kollektivi 6-cı sezonun açılışını açıq havada qeyd etdi

Alternativliyi, fərqli üslubu, modern, kreativ, art-underground nümayişləri ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO (Azərbaycan Dağınıq Oda teatrı) iyulun 15-də 5 yaşın tamamı, 6-cı mövsümün açılışını edib.

Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən ADO Theatre – Collective bu il 6-cı sezonunun açılışını açıq havada – “Luna Project”də #ADOsezon6 adı ilə edib.

Tədbirdə əyləncə, ADO performansları, teatrın qurucusu Elmin Bədəlovun “ADO yolu” çıxışı, rəssam Leyla Quliyevanın sərgisi, fransız dramaturqu Bernar Mari Koltesin “Meşələrin astanasındakı gecə” kitabının təqdimatı, Jam SS qrupunun break-dans şou təqdimatı, DJ Toğrulun çıxışı da olub. 6-cı sezonun açılışından fotoları isə fotoqraf Kamran Bağırov çəkib.

Qeyd edək ki, ADO Theatre – Collective 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. ADO ölkənin ilk müstəqil fəaliyyətə başlamış teatrıdır. Klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!