ADO-nun Arzuları çin olub

Fevralın 12-si The Landmark`da ADO`nun tədbiri baş tutub. Dimitar Uzunovun master-klassının yekununa həsr olunan “Arzular” tədbirində ADO`nun qurucusu Elmin Bədəlov teatr haqda qonaqlara məlumat verib. Daha sonra isə Fransanın Azərbaycandakı Səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Johan Schitterer çıxış edərək səfirliklə ADO`nun əməkdaşlığından məmnun olduğunu qeyd edib. Dimitar Uzunov isə bu proyektdən xoş təəssüratlarının olduğunu dilə gətirib.

Qeyd edək ki, proyektə 15 iştirakçı qatılmışdı. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Eyni zamanda ADO`nun “Hamam” performansı da nümayiş olunub.

Adıçəkilən tədbir isə Fransanın Azərbaycandakı Səfirliyi, The Landmark, “Famille Mundi”, “Arte Urbana collectif”, Azərbaycan Fransız İnstitutu və ADO Theatre – Collective`in birgə təşkilatçılığı ilə baş tutub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: