EventsFestivallarTeatrTəqdimat

ADO Rumıniyada beynəlxalq festivalda çıxış edəcək

ADO teatrı Rumıniyada keçirilən “Black Sea Arts Festival in Bucharest” adlı beynəlxalq festivala qatılır. Teatrın yaydığı məlumata görə, art festival 11-14 oktyabr tarixlərində baş tutacaq.

Festival Rumıniyanın paytaxtı olan Buxarest şəhərində keçirilir. ADO festivalda “Cleaner`Lar”, “Hamam” və “10 sm” adlı performansları ilə çıxış edəcək. Eyni zamanda bir il bundan öncə Rumıniyadan Bakıya gəlmiş rejissor Laurentiu Garofeanu`nun ADO haqda çəkdiyi sənədli film də festivalda nümayiş olunacaq.

Həmçinin festivala bir neçə ölkədən dəvət olunmuş məşhur artistlər də qoşulacaq. Festival zamanı master-klasslar, rəsmlərin, fotoların, performansların da nümayişi olacaq.

Ölkəmizin ilk müstəqil və modern teatrı olan ADO, 6 ildir ki, fəaliyyət göstərir. Teatr Bakı ilə yanaşı Azərbaycanın bir neçə regionuna qastrol səfəri edib, tamaşalar nümayiş etdirib. Eyni zamanda bir neçə beynəlaxalq səfərlərdə, art festivallarda, qastrollarda (Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna, Rumıniya) olub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!