ADO`çu “Kannda 3 gün” proqramına seçilib

Aktyorumuz Orxan İskəndərli Kann kinofestivalının bu il yaranan yeni – Kannda 3 gün (3 days in Cannes) proqramına seçilib. Proqram 18-28 yaş aralığında olan kino sevərlər üçündür. İştirakçılar 17-19 May tarixində bu il festivalda göstəriləcək filmləri hamıdan əvvəl izləmək və Festival sarayına (Palais des Festivals) giriş şansı əldə edirlər. Eyni zamanda aktyorumuz həmin tarixlərdə Hollwood aktyorları John Travolta və Gary Oldmanın kinosevərlərlə keçirəcəyi görüşdə də iştirak edəcək.

Qeyd edək ki, Orxan İskəndərli bir müddət bundan öncə proqrama müraciət edib və müraciətində ADO`dakı fəaliyyətini, eyni zamanda çəkildiyi bir neçə filmdə aldığı rollar haqda məlumat verib. Bir neçə gün bundan öncə festival O.İskəndərlini “3 days in Cannes” proqramına qəbul edib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: