Aerobikayla məşqul olmağın faydaları

“Aerobika” sözü “oksigenli” deməkdir. Aerobika məşqləri enerjini artırır, fiziki dözümlülüyü inkişaf etdirir və xəstəliklərin qarşısını alır.

Aerobikanın faydası
ağciyərlərin həcmi böyüyür və son araşdırmalara görə bunun nəticəsində uzunömürlülük artır
orqanizmdə xolesterinin miqdarı azalır və ateroskleroz xəstəliyinin təhlükəsi azalır
sümük sistemi möhkəmlənir
fiziki və emosional stresslərə qarşı dözümlülük artır
iş qabiliyyəti artır

gündə 30 dəq etmək daha tez effekt verir
bədənin immunitetini artırır
əhvalı qaldırır, depressiyanın və qorxuların qarşısını alır
rahat yuxu bəxş edir
piyləri azaltmağa və çəki üzərində nəzarətə kömək edir

Məşqlərin növləri

Aerobika məşqləri qrupuna gəzinti, rəqs, step, üzgüçülük, velosiped sürmək və s. daxildir. Həm kişilər, həm də qadınlar bu tip fiziki fəaliyyətdən faydalana bilərlər.

Məşqlər

Başlanğıcda, məşqləri həftədə 3 dəfə etmək və getdikcə vaxtı və intensivliyi artırmaq yaxşıdır.
Aerobika məşqləri  3 hissədən ibarət olur:
İsinmə- 5-10 dəq davam edir. Bədən ekstensiv cəhdlərə hazır olmalıdır; ürək döyünmələri və əzələ temperaturu artan kimi isinmə hərəkətlərini etmək məsləhətlidir. Bu halda, zədələnmə riski də az olur. Vaxt: 5-10 dəq.
Aerobika məşqləri (kardio) – 25-45 dəq davam edir. Bu qan dövranını və tənəffüs sisteminin effektivliyini gücləndimək üçün və piy toxumalarını azaltmaq üçün nəzərdə tutulub. Burada ən effektiv olanı, bədəndə oksigen dəyişikliyinə səbəb olan, yumşaq, amma uzun sürən, intensiv məşqdir.
Xüsusi əzələləri qüvvətləndirmək üçün məşqlər – 5- 10 dəq davam edir. Bu məşqlər spesifik əzələlər üçün nəzərdə tutulub və çəki daşları ilə edilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: