Afaq Bəşirqızı yenidən “Bankir adaxlı” ilə Musiqili Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.
Teatrın Mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri Respublikanın Xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq xanım Bəşirqızının iştirakı ilə baş tutacaq. A. Bəşirqızı tamaşada baş qəhrəmanı – Nisə obrazını canlandırır.
Bir-birindən maraqlı, qəh-qəhə dolu və gözlənilməz situasiyalarla zəngin olan “Bankir adaxlı” iki hissəli musiqili komediyası Musiqili Teatrın sevimli tamaşaçılarına dekabrın 3-ü saat 19.00-da təqdim olunacaq. Tamaşada rolları Afaq Bəşirqızı ilə yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Gültac Əlili, Elçin İmanov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa edirlər. Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.
Tamaşaya Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev dirijorluq edəcək. Qarşıdan gələn dekabr ayının ilk bazar gününü gülüşlə və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: