FinansIqtisadiyyatPR-TanıtımTəqdimatƏn Son

AFB Bank-ın Sahil filialı artıq yeni ünvanda

Müştərilərə göstərilən xidmət səviyyəsinin inkişafı istiqamətində hər zaman yeniliklər edən AFB Bank-ın Sahil filialıartıq yeni ünvanda fəaliyyət göstərəcək.

Müasir üslubda dizayn olunmuş Sahil filialı, vətəndaşlara hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir. Yenilənmiş filial həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərməkdə davam edəcək.

“Yeni ünvana köçürülən Bankımızın Sahil filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şərait və imkanlarla təmin olunub. Yeni inkişaf strategiyasını həyata keçirən bankımız yaxın gələcəkdə həm paytaxtda, həm də regionlarda yeni filiallarla vətəndaşları sevindirəcək.”deyə, AFB Bank-ın İdarə Heyətinin sədri v.i Aydın Hüseynov bildirib.

Qeyd edək ki, AFB Bank-ın Sahil filialı  bazar ertəsi – cümə saat 9:30-dan 17:00-a kimi müştərilərin xidmətindədir. Ünvan: Nizami küçəsi 111.
Filial şənbə günü işləmir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!