AFB Bank xüsusi iş rejiminə keçib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”-nın icrasını təmin etmək məqsədilə “AFB Bank” ASC xüsusi iş rejiminə başlayıb.

Rəhbərliyin qərarı ilə hal-hazırda bankda müştərilər və işçi heyətininkoronavirus  infeksiyasından qorunması üçün bir sıra tədbirlər həyata keçirilir:

Bankın filiallarına daxil olan hər kəsin hərarəti yoxlanılır, eyni zamanda dezinfeksiyaedici gel və ya tibbi spirtlərdən istifadə etməsi xahiş olunur.

Bank əməkdaşları özlərinin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə tibbi maskalardan istifadə edirlər.

Tədbirlər planı çərçivəsində ezamiyyətlər təxirə salınıb, bank daxili və xarici bütün toplantılar yalnız online platformalar vasitəsilə həyata keçirilir. Evdən işləməsi mümkün olan bir çox işçilərin isə işə gəlmədən distant qaydada çalışması üçün şərait yaradılıb.

“AFB Bank” ASCmüştərilərinə virus təhlükəsi ilə əlaqəli qeyri-nağd ödənişlərə üstünlük vermələrini və bankın İnternet Şöbəsinin imkanlarından faydalanmağı tövsiyə edir. İnternet şöbəsi həm fərdi, həm də fiziki şəxslərəevdən çıxmadan bütün bank xidmətlərindən fasiləsiz olaraq yararlanmaq imkanı verir.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: