“AFB Bank”a növbəti – TRANSFER OLUB

“AFB Bank”da yeni təyinat olub. Elgün Rəsulov Bankın Proseslərin İdarə edilməsi Strukturunun direktoru vəzifəsinə təyin edilib.

Frame.az xəbər verir ki, Elgün Rəsulov daha öncə uzun müddət “Express Bank”da çalışıb. O, daha sonra karyerasına “Kapital Bank”da ASC-də davam edib və son olaraq həmin bankın Biznes proseslər departamentinə rəhbərlik edib.

Qeyd edək ki, Elgün Rəsulov 04.02.2020 – ci il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: