Azərbaycan Moda Həftəsinin 9-cu mövsümünün tarixləri elan edildi

2019-cu il mayın 1-dən 3-dək Daş salnamə muzeyində – Azerbaijan Fashion Week – ölkəmizin rəsmi moda həftəsinin 9-cu mövsümünün nümayişləri keçiriləcək. Daş salnamə muzeyi artıq iki dəfə, Azərbaycan moda həftəsi çərçivəsində keçirilən dəb nümayişlərinin məkanı olub. Bu dəfə də, AFW təşkilatçılarının seçiminin məhz bu binaya düşməsi təsadüfi deyil. Muzeyin yerləşdiyi bina 1901-ci ildə Simens qardaşları tərəfindən tikilmişdir. Məhz bu binada, gəmiqayırma zavodunu, neft qüllələrini və Bayıl evlərini elektriklə təchiz etmiş, Bakı elektrik stansiya fəaliyyət göstərmişdir.2015-ci ildə qlobal yenidənqurmadan və muzey kimi öz fəaliyyətinə başladığdan sonra, burada Azərbaycanın müxtəlif qoruqlarından toplanmış və qədim insanların həyatından bəhs edən eksponatlar yerləşdirildi.

Minilliklərdən bəri bizə gəlib çatmış qiymətsiz eksponatlarla yan-yana, Azərbaycanlı və beynəlxalq fashion-dizaynerlər yenidən, öz hekayələrini bizə danışacaqlar, və onların yaradıcılığı gözəllik haqqında müasir təsəvvürlərin aşkar təzahürü olacaq. Və bəlkə də, onlardan bəziləri gələcək nəsillərə indiki dövrü təqdim edəcək, gələcək muzeylərin layiqli əsərləri olacaq.

Azərbaycan Moda Həftəsinin 9-cu mövsümünün iştirakçıları arasında bir çox beynəlxalq qonağın adı var. Qazaxstanlı dizayner Tamara Lamanukaeva ilk dəfə həm xanımlar, həm də uşaqlar üçün qarışıq geyim kolleksiyası nümayiş etdirəcək. Həmçinin, Alex Chzhen uşaq geyimləri nümayişlərinin xüsusi bloku çərçivəsində, ilk dəfə uşaq geyimləri kolleksiyasını göstərəcək. Bakı tamaşaçısının xüsusi həyəcanla gözlədiyi Leonid Zherebtsov bir daha maraqlı bir konsepsiya hazırlayıb. Onun yeni kolleksiyası plastik cərrahiyyə qurbanlarına həsr olunmuşdur və onun əvvəlki nümayişlərinin xüsusi atmosferasını nəzərə alaraq, əmin ola bilərik ki, podium üzərində olduqca qeyri-adi bir nümayiş göstəriləcəkdir. Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə və Tacikistandan olan dizaynerlər də öz məharətlərini göstərəcəklər. Son dərəcə xoş və müsbət bir fakt, daha çox azərbaycanlı dizaynerlərin iştirakıdır və bu dəfə də, moda dünyasının ən maraqlı və parlaq yerli nümayəndələrin adları geniştamaşaçıya təqdim ediləcək.

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən Showroom АFW də təşkil olunacaq. Showroom АFW-in əsas məqsədi – butik sahiblərinə,alıcılara, mətbuat nümayəndələrinə, Həftənin bütün iştirakçıları və qonaqlarına, uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, qarderob üçün yeni geyim seçmək, və yeni adlarla tanış olmaq imkanı yaratmaqdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: