AGBank-dan 4000 000 azn ipoteka krediti

Ölkənin aparıcı banklarından AGBank ipoteka kreditlərinin verilməsinə görə, ilk sıralardakı yerini qoruyur.  Belə ki, bankın ümumi ipoteka krediti portfeli bu günə 50,9 mln manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1600-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1516 aktiv kredit mövcuddur.2007-ci ildən ipoteka krediti rəsmiləşdirən AGBank təqdim etdiyi kreditlər üzrə 2012-ci ildə (664 ədəd) 7-ci, 2013-cü ildə (989 ədəd) 2-ci yerə müvəffəq olmuşdusa, 2014-cü ildə 1245 ədəd ipoteka krediti ilə 1-ci yerə layiq görülüb. Ümumillikdə isə 2007-ci ildən 2016-cı il yanvarın 1-nə qədər ipoteka kreditlərinin sayına görə AGBank lider olub.  Hesabat dövründə bu bank 1432 ipoteka krediti verib.

2016- cı ildə isə bank tərəfindən yenidən ipoteka kreditləri verilməyə başlanıb və 28 fevral 2017 ci il tarixinə qədər yeni ipoteka şərtləri ilə 4000 000 azn -dən artıq ipoteka krediti verilib. İpoteka kreditləri AGBank-ın Bakıda “Elmlər”, bölgələrdə isə “Gəncə”, “Yevlax” və “Ağdaş” filiallarında rəsmilləşdirilir.

Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının  siyahısına  daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub. Hazırda bank 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomatla xidmətinizdədir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: