AGBank-dan 6 000 000 azn məbləğində ipoteka krediti

Ölkənin aparıcı banklarından olan AG Bank, ipoteka kreditlərinin verilməsinə görə ilk sıralardakı yerini qoruyur. Belə ki, bankın ümumi ipoteka krediti portfeli bugünə 52,1 mln manat təşkil edir.

Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1600-dən çox ipoteka kreditləri verilib və hazırda bankda 1550 aktiv kredit mövcuddur.

Qeyd edək ki, 2016- cı ildən bank tərəfindən yenidən ipoteka kreditləri verilməyə başlanıb və 17 may 2017 -ci il tarixinə qədər yeni ipoteka şərtləri ilə 6 000 000 azn məbləğində ipoteka krediti verilib. Nəzərinizə çatdıraq ki, ipoteka kreditləri AG Bank-ın Bakıda “Elmlər”, bölgələrdə isə “Gəncə”, “Yevlax” və “Ağdaş” filiallarında rəsmilləşdirilir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: