Təqdimat

AGBank-dan “Tax Free” xidməti

Ölkənin aparıcı banklarından AGBank müştərilərinə “Tax Free” sistemindən yararlanmaq imkanı verir. Artıq AGBank müştəriləri bankın təqdim etdiyi kartlarla ölkə xaricində alış- veriş edən zaman ödədiyi məbləğin bir hissəsi (əlavə dəyər vergisi– ƏDV) geri qaytarılaraq 48 saat ərzində onların kart hesablarına yüklənəcək. Geri qaytarılan məbləğ ölkələrə görə dəyişir. Belə ki, Böyük Britaniya- qaytarılan ƏDV 20 %, Almaniya- qaytarılan ƏDV 19 %, İspaniya – 21%,  Fransa – 20%, İtaliya- qaytarılan ƏDV 22 %.

Bundan əlavə alış -veriş zamanı bank tərəfindən kart istifadəçilərinə bonuslar da veriləcək.Xidmətdən rahat şəkildə yararlanmaq üçün müştərilər banka yaxınlaşmadan xüsusi proqramı öz telefonlarına yükləyə bilərlər.

Qeyd edək ki, “Tax-free” sistemi yaşı 14-dən çox olan şəxslərinölkə xaricində alış-verişi zamanı ödədiyi məbləğin bir hissəsinin (əlavə dəyər vergisinin – ƏDV) onlara geri qaytarılmasını nəzərdə tutur.

Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il öz 25-ci yubiley ilinə qədəm qoymuşdur.Bank yaxın günlərdə müştərilərin rahatlığına yönəldilmiş yeni məhsullar təqdim etməklə yanaşı, bir sıra innovativ layihələr də həyata keçirəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!