Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Oktyabrın 1-də turnirin pley-off mərhələsi çərçivəsində Ağdam təmsilçisi Polşanın “Legiya” komandasının qonağı olub.

Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilən qarşılaşma “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun heyətində Patrik Andrade, Abdullah Zubir və Filip Ozobiç fərqləniblər.

Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: