Aİİ 17 Noyabr – Milli Dirçəliş Gününü qeyd edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 17 Noyabr – Milli Dirçəliş  Gününə həsr olunmuş tədbir keçirib.

Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını təbrik edərək bildirib ki,xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynayıb.

C.Məmmədov Azərbaycan xalqının daim azadlıq və müstəqillik arzusu ilə yaşadığına diqqət çəkərək,  xalqımızın ötən əsrin 80-ci illərinin sonlarından Bakının Azadlıq meydanında fasiləsiz etiraz mitinqlərinəbaşladığından söz açıb. Xalqımız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında birləşərək, öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyini,bu müqəddəs ideallar naminə birlik və bərabərliyini  bütün dünyaya nümayiş etdirib.

Aİİ rəhbəri bildirib ki, böyük və zəngin tarixi köklərə  malik olan xalqımız çətinliklə, eyni zamanda, şərəflə öz müstəqilliyini bərpa edib. Ulu Öndərin dövlətimizin müstəqilliyi və inkişafı yolunda yürütdüyü ardıcıl və məqsədyönlü siyasəti bu gün Prezident İlham Əliyev qətiyyətlə davam etdirir,bu da qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, inkişaf edib daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın firavan həyata qovuşmasına əminlik yaradır.

Aİİ rektoru gəncləri tariximizin şanlı səhifələrini dərindən öyrənməyə, ölkəmizin rifahı, tərəqqisi yolunda çalışmağa, bu müqəddəs amalların həyata vəsiqə qazanmasında səylərini əsirgəməməyə çağırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədovaxalqımızın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 Noyabr – Milli Dirçəliş Günütarixi haqqında geniş məlumat verib. O bildirib ki, mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix, 100 minlərlə azərbaycanlını Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanına çıxartdı. Bu, əsl Milli Azadlıq Hərəkatı idi. Mitinqdə siyasi və dini baxışından, sosial təbəqəsindən asılı olmayaraq, hər kəsin bir amal uğrunda mübarizə apardığını qeyd edən tarixçi Meydan Hərəkatınımillətin birliyinin göstəricisi kimi xarakterizə edib. O zaman xalq hərəkatı yatırılsa da, millət öz arzusuna çatdı – 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

Tarixçi-alim daha sonra qeyd edib ki, 17 noyabr 1990-cı ildə Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada üçrəngli bayrağımız ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: