Aİİ-də III-IV kurs tələbələri ilə görüş keçirilib

18 sentyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III-IV kurs tələbələri ilə görüş keçirilib. Rektor Ceyhun Məmmədov Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dinşünaslıq ixtisasından Aİİ-yə köçürülmüş III-IV kurs tələbələrini yeni tədris ili münasibəti ilə təbrik edib, onlara qədəm qoyduqları yeni mərhələdə uğurlar arzulayıb. Bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edən C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu qeyd edib. C.Məmmədov ilk tədris ilinə başlayan Azərbaycan İlahiyyat İnstitutunun təhsil standartları, daxili nizam-intizam qaydaları, məqsəd və vəzifələri, hədəfləri, keçirəcəyi layihələr haqqında tələbələrə məlumat verib. Aİİ-nin, nəinki ölkəmizdə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyduğunu bildirən rektor bununla bağlı tələbələrin üzərinə düşən böyük məsuliyyəti xatırladıb. C.Məmmədov bildirib ki, şəffaf, modern, qabaqcıl seçim meyarları ilə formalaşdırılan yeni insitututda dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi nəzərdə tutulub. Tələbələri dərslərdə aktiv olmağa, dil bilgilərinə yiyələnməyə, institutun ictimai həyatında fəallıq göstərməyə çağıran rektor onlar üçün Aİİ-də dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradıldığını, təhsilin ödənişsiz əsaslarla keçiriləcəyini, pulsuz geyim və yeməklə təmin olunacaqlarını, dərslərdən əlavə, ayrıca xarici dil kurslarının təşkil ediləcəyini, mübadilə proqramları vasitəsi ilə təhsillərini dünyanın tanınmış universitetlərində davam etdirə biləcəklərini və s. üstünlüklərə sahib olacaqlarını bildirib. Aİİ-nin məqsədi dərin bilikli, güclü şəxsiyyətli, zəngin dünyagörüşlü, yüksək mədəniyyətli, müasirliyi, elmiliyi və xalqımızın özünəməxsus ruhani keyfiyyətlərini əks etdirən vətənpərvər mütəxəssislərin yetişdirilməsidir deyən C.Məmmədov tələbələri dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb. İnstitutda qarşlıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün addımların atılacağını bildirən C.Məmmədov bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər edəcəyini qeyd edib. Görüşün sonunda müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: