TəhsilTəqdimat

Aİİ-də Heydər Əliyev təqaüdü təsis edilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyev adına 200 manat məbləğində aylıq təqaüd təsis edilib.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra,ölkəmizdə milli-mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələ başlandı. Bu zəngin ənənənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilmiş, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa etmiş, onların təmiri və inşası geniş vüsət almışdır.

Ümummilli liderHeydər Əliyev,həmçinin elm və təhsil sahəsində köklü və əsaslı dəyişikliklərin həyata keçirilməsini təmin etmişdir. İstedadlı azərbaycanlı gənclərin müxtəlif xarici ölkələrin tanınmış və nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün səmərəli və məqsədyönlü fəaliyyət göstərmişdir. Bu siyasəti müasir dövrümüzdə  ulu öndərin layiqli varisi Prezident cənab İlham Əliyev uğurla davam etdirir. İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsil sisteminin yeni və müasir inkişaf istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan xalqının ümummilli liderinin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, həmçinin bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri olmuşdur.

Bütün bunları nəzərə alaraq, Aİİ Elmi Şurası ümummilli lider Heydər Əliyev adına aylıq təqaüdün təsis edilməsi barədə qərar qəbul edib.

Məlumat üçün bildiririk ki, həmin təqaüd qış imtahan sessiyasında fərqlənən tələbəyə fevral-iyul ayları üzrə, yay imtahan sessiyasında fərqlənən tələbəyə isə avqust-yanvar ayları üzrə ödəniləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!