TəhsilTəqdimat

Aİİ-nin tələbələrinə etik davranış qaydaları haqqında məlumat verilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbə elmi cəmiyyətinin təşkilatçılığı ilə “Gənc vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərovanın təqdimatında “Etik davranış qaydaları” mövzusunda seminar təşkil edilib.

Aİİ-dən Frame.az-a bildirilib ki, seminarı açan islamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi yönündə institutun ardıcıl dəyirmi masalar, treninqlər, seminarlar, görüşlər təşkil etməsinin xüsusi önəm daşıdığını qeyd edib.

Mövzunun aktuallığına toxunan Əhməd Niyazov vurğulayıb ki, etika fəlsəfənin ən böyük sahələrindən biridir, insan mənəviyyatını əhatə edir, həmçinin onun fəaliyyətini, məqsədini, davranışını, dəyərlərini araşdırır. Etik davranış qaydaları insanların bir-biri və cəmiyyətlə münasibətlərini tənzimləyir.

“Gənc vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova “Etik davranış qaydaları” mövzusunda danışıb, etika haqqında ətraflı məlumat verib. O bildirib ki, əxlaqi fəaliyyət gündəlik həyatda doğru-düzgün olmaq, yalan danışmamaq, insanlara hörmət etmək və kömək göstərmək, başqalarının haqqını əlindən almamaq və digər davranış qaydalarını nizamlayan mövcud normalar toplusudur. Məruzəçi qeyd edib ki, davranış normaları insanların cəmiyyətə, ictimai quruluşa, əməyə və bir-birinə münasibətində özünü göstərir. Bu xüsusiyyətlər əxlaqı bütün nizamlama formalarından fərqləndirir. Hüquqi nizamlama kimi, əxlaqi nizamlama da davranışa verilən sosial tələblərin fərd tərəfindən şüurlu surətdə mənimsənilməsini nəzərdə tutur.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!