Aİİ tələbələrin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər silsiləsini davam etdirir.

Belə ki, İnstitutda müxtəlif sosial yönümlü, maarifləndirici tədbirlərlə yanaşı, əyləncəli proqramların da təşkilinə başlanılıb. Bu məqsədlə, həftənin şənbə günləri saat 14:00-da  Aİİ-nin konfrans zalında film nümayişlərinin təşkili nəzərdə tutulub. İlkin olaraq “Yaşamaq gözəldir” adlı film göstərilib, fasilədə kofe-breyk təşkil edilib, filmin nümayişindən sonra isə mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrindünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünü ifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: