Sosial

“Ailə Günü” təşkil olunacaq

Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi 5 ildən çoxdur fəaliyyət göstərir. “DəcəlBalam” MMC  daxilində yaranmış Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi valideynlər və uşaqlar, onların ünsiyyətinin təkminləşməsi, sosiallaşması, ətrafının genişlənməsi, biliklərinin paylanması və müxtəlif təklifləri dəyərləndirməyə xidmət göstərir.

Mərkəzdə bütün xüsusi günlərlə, bayramlarla bağlı uşaq şənlikləri, maraqlı müsabiqələr – foto müsabiqələri, moda müsabiqəsi təşkil olunur, uşaqların və ailələrinin düşərgələrdə istirahətinə şərait yaradılır, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün müxtəlif tipli layihələr həyata keçirilir.

23 aprel uşaqlar günü ilə əlaqədar valideynlər və uşaqlar arası ünsiyyət probleminə kömək olmaq məqsədilə “Ailə Günü” təşkil edirik. 40 ailə üçün nəzərdə tutulmuş tam ödənişsiz layihədir. Tədbir 23 aprel saat 15 : 00 – da Madagascar Uşaq Əyləncə Mərkəzində baş tutacaq.

Tədbir iki hissədən ibarət olacaq :

  1. Saat 15 : 00 – Ailə hüquqşünası və Ailə psixoloqu uşaqlarla söhbət edəcək, valideynlərlə məsləhətlətlərini bölüşəcək, onları maraqlandıran sualları cavablandıracaq.
  2. Saat 16 : 00 – 17 : 30 Əyləncə hissəsi – istedadlı balalarımızın çıxışı olacaq.

Uşaqların sevimli personajı Spider –man onları sevindirəcək.

Tədbirə bütün media nümayəndələri dəvətlidir. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!