IqtisadiyyatMobil dünyaPR-TanıtımTəqdimatƏn SonƏn Son

Ailə NET Azərbaycanda 5G WiFi şəbəkəsinin tətbiqinə başlayır

Ailə NET-in yeni Xiaomi Mi 4A WiFi routeri abunəçilərinə 5G WiFi şəbəkəsini dəstəkləyən yeni xidmət təqdim edir.

Frame.az xəbər verir ki, yeni routerin əsas vəzifəsi ötən ilin sonunda şirkət tərəfindən tətbiq olunmuş kəskin sürət artımı ilə əlaqədar istifadəçilərin artan tələblərini keyfiyyətli şəkildə qarşılamaqdan ibarətdir.

Ailə NET-in Xiaomi Mi 4A WiFi routerinin tezliyi adi routerlərə nisbətən iki dəfə yüksəkdir (2.4 Ghz-lə yanaşı, 5 Ghz şəbəkəsini də dəstəkləyir) bu üstünlük internet istifadəçilərinin tarifləri üzrə daha yüksək sürətli internetə çıxışını təmin edir.

Bütün müasir smartfonlar, noutbuklar və s. cihazlar 5 Ghz tezliyini dəstəklədiyindən Ailə NET istifadəçiləri dövrümüzün tələblərinə uyğun standartlarla ayaqlaşa biləcəklər. Xiaomi Mi 4A WiFi routeri mənzildə quraşdırıldıqdan sonra istifadəçi öz cihazında təklif olunan iki şəbəkədən birini seçmək imkanı qazanacaq: 1. Adi şəbəkə, 2. 5G şəbəkəsi.

Eyni zamanda yeni router yüklənməyə daha davamlıdır və 5G rejimində eyni anda qoşulmuş bir-çox cihazı yüksək sürətli bağlantı ilə təmin edə bilir. Lakin quraşdırılma zamanı router mümkün qədər mənzilin mərkəzində yerləşdirilsin və qarşısında ciddi maneələr olmasın.

Kampaniya şərtlərinə əsasən yeni Xiaomi Mi 4A WiFi routerini Ailə NET-ə ilk dəfə qoşulan abunəçilər 2 ayın abunə haqqını öncədən ödəməklə hədiyyə əldə edə bilərlər. Mövcud abunəçilər də öz WiFi routerlərini pulsuz yeniləyə bilərlər, bunun üçün sadəcə abunə müddətini 6 aylıq müddətə birbaşa uzatmaq gərəkdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!