EventsMədəniyyətTeatrTəqdimat

Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşasının premyerası keçiriləcək

Martın 10-da Milli Teatr Günü münasibəti ilə Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı xalq artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb.

İki hissəli səhnə əsərində əməkdar artist Abbas Qəhrəmanov (Ağa Məhəmməd şah Qacar), xalq artisti Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), aktyor Elnar Qarayev (Kərim xan Zənd), əməkdar artistlər Anar Heybətov (Cəfərqulu xan), Aslan Şirin (Şeyx Cəfər Tonkabani), aktyor Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi), əməkdar artistlər Kazım Abdullayev (Əli xan Cocuq), Elşən Rüstəmov (Əli xan Şambatayi), Ayşad Məmmədov (Axund Hacı Babək), aktyorlar Samirə Xanlarova (balaca qız), Canəli Canəliyev (Balaca Qacar), Fəridə Şahbazova və Xədicə Novruzlu (Yeniyetmə qız) və İmran Əli Qurban (Yeniyetmə Qacar) çıxış edirlər.

Tamaşanı Ceyran Həsənli idarə edəcək.

Qeyd edək ki, tamaşanın nümayişindən əvvəl Milli Teatr Günü münasibəti ilə tədbir keçiriləcək, çıxış edən şəxslər Azərbaycan teatrının tarixi və bu günündən danışacaq, teatr xadimlərinə fəxri fərmanlar təqdim olunacaq. 

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!