Aktyor Elməddin Cəfərov prodüseri olduğu serialların yeni mövsüm açılışı ilə əlaqədar parti keçirib

Aktyor Elməddin Cəfərov ATV-də yayımlanan və prodüseri olduğu serialların yeni mövsüm açılışı ilə əlaqədar parti keçirib.

Frame.az-ın Axşam.az-a istinadən məlumatına görə, artıq bir neçə ildir ki, Elməddin avqustda bu qonaqlığı təşkil edir.

Ənənəsinə sadiq qalan aktyor mərasimə “Qız atası”, “Eks bacanaqlar” və “Qardaşlar” seriallarındakı aktyor və işçi heyətini dəvət edib.

E.Cəfərov yeni mövsümdə ekran işlərinin daha maraqlı bölümlərinin efirə gedəcəyindən danışıb:

“Eks bacanaqlar”ın doqquzuncu, “Qız atası”nın dördüncü, “Qardaşlar” serialının isə üçüncü mövsümünə başlayırıq. Bu illər ərzində serialı çəkmək o qədər də asan başa gəlmədi, çox çətinliklərlə qarşılaşdıq. Bir də görürsən heyətdə dəyişikliklər olur. Bəzən elə olub ki, çəkiliş etmişik, amma səs düşməyib. Hətta bir bölümün tamamilə silindiyi də başımıza gəlib”.

E.Cəfərov bildirib ki, başqa janrlarda ekran işi tamaşaçılar tərəfindən qəbul olunmur:

“Tamaşaçı bizdən ancaq komediya tələb edir”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: