Baku City CircuitFormula 1

Aleksander Albon Bakıda Formula 2 üzrə birinci yarışın qalibi olub

“Dams” komandasının pilotu Aleksander Albon Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub.

Frame.az xəbər verir ki, 29 dövrənin yekununda A.Albon 1 saat 3 dəqiqə 41,627 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “ART Grand Prix” komandasının pilotu Cek Aitken ikinci, “Charouz Racing System”in üzvü Antonio Fuoko üçüncü yeri tutublar.

Formula 2 üzrə 21 dövrədən ibarət ikinci yarış aprelin 29-da keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!