Allergiya nədir?

Allergiya yunan dilində özgəyə münasibət mənasını bildirib, orqanizmin immun sisteminin hədsiz həssaslığı deməkdir. Uzun illər belə hesab ediblər ki, hiperhəssaslıq E immunoqlobulininin funksiyasının pozulması ilə əlaqədardı. Sonrakı təqdiqatlar is göstərdi ki, müxtəlif kimyəvi maddələrin iştirak etdiyi çoxsaylı mexanizmlər əvvəllər allergiya kimi təsnif edilən xeyli simptomun peyda olmasına şərait yaradır.

Allergiyanın niyə baş verdiyi dəqiq bilinmir. Bəs allergiya olduğunuzu necə bilə bilərsiniz?

Burunun selikli qişasının şişkinliyi (allergik rinit)
Konyuktiv nahiyəsində qızartı və ağrılar (allergik konyuktiv)
Bronxlarda spazm, fısıltılı tənəffüs və təngənəfəslik, bəzən də əsl astma tutmaları.
Qulaqlarda ağırlıq hissi, ağrı və eşitmə zəifliyi də ola bilər.
Dəridə müxtəlif səpkilər: ekzema, örə və kontakt dermatiti.
Allergiyanın bir sıra növlərində baş ağrısına rast gəlinir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: