Baku City CircuitFormula 1Idman

Alman pilot Niko Hülkenberq Sinqapur Qran-Prisində 150-ci dəfə trasa çıxacaq

Dünya çempionatında 150-ci dəfə trasa çıxacaq “Reanult”un alman pilotu Niko Hülkenberq Formula 1 çempionatının Sinqapur Qran-Prisi ərəfəsində düşüncələrini paylaşıb.

Frame.az xəbər verir ki, Hülkenberq deyib: “Bu, karyeramda mühüm hadisə, həmçinin Formula 1-də uzun müddətdir çıxış etdiyimi və bir çox yarışları arxada qoyduğumu göstərən xüsusi mərhələdir. Karyeramın bu mərhələsində 150-ci Qran-Pri sadəcə bir say kimi səslənir. Qarşıda bizi pelotonun ortasında gərgin mübarizə gözləyir. Təcrübəmə güvənərək, özümü Sinqapurda müsbət uik-endə hazırlayıram”.

Xatırladaq ki, Hülkenberq 2018-ci il mövsümündə şəxsi hesabda yeddinci yerdədir. Keçirilən 14 mərhələdən sonra Nikonun hesabında 52 xal var.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!