Almaniya Çempionatı 11-ci tur

Ayntraxt – Verder 2:1 Auqsburq – Bayer 1:1 Borussia Münhenqladbax – Mayntz 1:1 Frayburq – Şalke 0:1 Hamburq – Şturqart 3:1 Leipziq – Hannover 2:1 Borussia Dortmund – Bavariya 1:3 Köln – Hoffenhaym 0:3 Volfsburq – Herta 3:3

Bundesliqanın 11-ci turuna cümə günü Ayntraxt – Verder matçı ilə start verildi. Oyuna fəal başlayan meydan sahibləri 17-ci dəqiqədə istəklərinə nail olublar. Villems’dən ötürmə alan Rebiç hesabı açıb 1:0. Hesabda geri olan qonaqlar 25-ci dəqiqədə bərabərlik qolunu vurmağa müvəffəq olublar. Anytraxt’ın cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edən Moysander tablodakı rəqəmləri eyniləşdirib 1:1. Görüşün sonlarında hücumlarının kəsərini artıran meydan sahibləri 87-ci dəqiqəsində Haller’in vurduğu qolla qələbə qazanıblar 2:1. Bu qələbə sayəsində “Ayntraxt” komandası 18 xal toplayaraq 7-ci pilləyə yüksəlib. Turun mərkəzi oyunu Dortmund’da “Borussia Dortmund” və “Bavariya” komandaları arasında baş tutub. Görüşün favoriti hesab olunan “Bavariya” gözlənildiyi kimi qələbə qazanıb 1:3. Auqsburq – Bayer Leverkuzen oyununda qalib müəyyənləşməyib 1:1. Volfsburq – Herta görüşü məhsuldar heç-heçə ilə başa çatıb 3:3. “Leipziq” öz meydanında qəbul etdiyi “Hannover” komandasını çətinliklə də olsa məğlub edə bilib 2:1. “Bavariya” 26 xalla turnir cədvəlinin ilk sırasında qərarlaşıb. “Leipziq” 22 xalla ikinci, aktivində 20 xalı olan “Borussia Dortmund”, komandası isə üçüncüdür.

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: