ALMANİYA ÇEMPİONATI 16-CI TUR

Bavariya – Köln matçı 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Baş məşqçi dəyişikliyə gedən “Borussia Dortmund” komandası səfərdə Mayntz’a 2:0 hesabı ilə qalib gəlib.
Volfsburq – Leipziq oyununda qalib müəyyən olunmayıb 1:1.
Görüşün 20-ci dəqiqəsində Petersen’in vurduğu yeganə qol Frayburq’a “Borussia Münhenqladbax” üzərində minimal hesablı qələbə gətirib.
“Hamburq” öz meydanında “Ayntraxt” komandası ilə qarşılaşıb. Oyunun 9-cu dəqiqəsində Papastadopulas dmeydan sahibləri hesabda önə çıxarıb. Buraxılan qoldan cəmi yeddi dəqiqə sonra qonaqlar Volf’un vurduğu qolla tarazlığı bərpa ediblər. Oyunun 24-cü dəqiqəsində fərqlənən Qaçinoviç hesabı 1:2 edib. Oyunun qalan dəqiqələrində hesab dəyişməyib. Bu qələbə sayəsində “Ayntraxt” 7-ci pilləyə yüksəlib.
İkinci pillədə qərarlaşan “Şalke” Auqsburq’a 3:2 hesabı ilə qalib gələrək xallarının sayını 29-a çatdırıb.
Aktivində 38 xalı olan” Bavariya” vahid liderdir. Şalke 29 xalla ikinci, 28 xal toplayan “Leipziq” komandası isə üçüncü sırada qərarlaşıb.
Bavariya – Köln 1:0
Frayburq – Borussia Münhenqladbax 1:0
Mayntz – Borussia Dortmund 0:2
Bayer – Verder 1:0
Şalke – Auqsburq 3:2
Volfsburq – Leipziq 1:1
Hoffenhaym – Ştutqart 1:0
Herta – Hannover 3:1
Hamburq – Ayntraxt 1:2

Frame.az PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: