FutbolIdman

Almaniya Çempionatı 4-cü tur

Debütant “Hannover” hamını təəccübləndirməkdə davam edir. Öz meydanında Hamburq’u qəbul edən “Hannover” 2:0 hesabı ilə qələbə qazanıb. Ötən tur Hoffenhaym’a məğlub olan “Bavariya” bu tur azarkeşlərini sevindirib. Leipziq – Borussia Münhenqladbax matçı 2:2 hesabı ilə başa çatıb. “Borussia Dortmund” doğma meydanda Köln’ü 5:0 hesabı ilə ağır məğlubiyyətə uğradıb. Verder – Şalke matçına meydan sahibləri yaxşı başlayıb. Oyunun 20-ci dəqiqəsində Sane meydan sahiblərini hesabda önə çıxarıb 1:0. Lakin cəmi iki dəqiqə sonra Veljkoviç topu öz qapısına göndərib 1:1. Matçın sonuna yeddi dəqiqə qalmış Qoretska’nın vurduğu qol Şalke’yə qələbə gətirib 1:2. “Ştutqart” doğma meydanda Volfsburq’a 1:0 hesabıilə qalib gəlib. Frayburq’u 4:0 hesabı ilə darmadağın edən “Bayer” cari çempionatda ilk qələbəsini qazanıb. Hannover – Hamburq 2:0 Bavariya – Mayntz 4:0 Bayer – Frayburq 4:0 Borussia Dortmund – Köln 5:0 Leipziq – Borussia Münhenqladbax 2:2 Ayntraxt – Auqsburq 1:2 Ştutqart – Volfsburq 1:0 Hoffenhaym – Herta 1:1 Verder – Şalke 1:2
Frame.az
PƏRVİN BAYRAMOV.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!