FutbolIdman

Almaniya Çempionatı 6-cı tur

Son illərin dəyişilməz çempionu “Bavariya” bu mövsüm qeyri-sabit çıxış etməyə davam edir. Komanda doğma meydanda qəbul etdiyi Volfsburqa qalib gələ bilməyib. Çempionatın lideri “Borussiya Dortmund” dayanmaq bilmir. Dortmundlular bu dəfə “Borussiya Münhenqladbax” komandasına futbol dərsi keçib 6:1. “Mayntz” 54-cü dəqiqəsində De Blazi’sin vurduğu yeganə qol sayəsində Herta’ya 1:0 hesabı ilə qalib gəlib. “Leipziq” doğma meydanda “Ayntraxt” komandasından güclü olub 2:1. Verder- Frayburq matçı 0:0 hesabı ilə başa çatıb. Qeyri-sabit çıxış edən “Bayer” bu turda azarkeşlərini sevindirib. Doğma meydanda Hamburq’u qəbul edən Leverkuzenlilər 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Hoffenhaym – Şalke matçı 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Bavariya – Volfsburq 2:2 Borussiya Dortmund – Borussiya Münhenqladbax 6:1 Hannover – Köln 0:0 Hoffenhaym – Şalke 2:0 Mayntz – Herta 1:0 Bayer – Hamburq 3:0 Verder – Frayburq 0:0 Leipziq – Ayntraxt 2:1 Ştutqart – Auqsburq 0:0

Parvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!