Ən Son

Almaniya Çempionatı 7-ci tur

Çempionatın lideri “Borussia Dortmund” növbəti 3 xalı aktivinə yazıb. fərinə yollanan “Auqsburq” səfərinə yollanan Dortmundlular 1:2 hesabı ilə qələbə qazanıblar. “Bavariya” Karlo Ançelotti’siz ilk matçını Berlində keçirdi. Komandanı bu oyuna Ançelotti’nin köməkçisi Sanyol çıxarmışdı. Oyunun gedişatında iki topluq üstünlüyü əldən verən Münhenlilər yekunda 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Şalke” doğma meydanda “Bayer” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə bərabərə bitib. Həftə içi UEFA Avropa Liqasında Srvena Zvezda” komandasına məğlub olan “Köln” bu dəfə çempionatda Leipziq’ə 1:2 hesabı ilə məğlub olub. Frayburq – Hoffenhaym matçı 3:2 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə sona çatıb. “Frayburq” komandasında ikinci mövsümünü keçirən gənc Türkiyəli müdafiəçi Çağlar Söyüncü Bundesliqada ilk qolunu vurub. Eyni zamanda “Frayburq” cari çempionatda ilk qələbəsini əldə edib.

Çempionata ardıcıl 2 qələbə ilə başlayan “Hamburq” artıq beş oyundur ku, qələbə üzünə həsrət qalıb. Martin Gistol’un çalışdırdığı komanda bu turda Verderlə oyunda xal itkisinə məruz qalıb. Görüş qolsuz bərabərliklə başa çatıb. Borussia Münhenqladbax – Hannover 2:1 Herta – Bavariya 2:2 Hamburq – Verder 0:0 Volfsburq – Mayntz 1:1 Şalke – Bayer 1:1 Köln – Leipziq 1:2 Frayburq – Hoffenhaym 3:2 Ayntraxt – Ştutqart 2:1 Auqsburq – Borussia Dortmund 1:2

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!